Samir Abasovla yollarını ayıracağı gözlənilən "Neftçi" artıq baş məşqçi postuna namizədi də tapıb.
Newsport.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçi postuna Viktor Qonçarenko təyin oluna bilər.
Hətta 44 yaşlı məşqçi ilə artıq ilkin danışıqların aparıldığı da iddia edilir. Qonçarenkonun yaxın günlərdə Bakıya gəlməlisi ehtimal olunur.
Belə ki, “Neftçi” rəhbərliyi gənc məşqçi ilə ətraflı müzakirələr aparılacaq. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunarsa, Qonçarenkonun “Neftçi” ilə müqavilə imzalaması uzun çəkməyəcək.
O, karyerası ərzində BATE, “Kuban”, “Ural”, ÇSKA, “Ufa”, “Krasnodar” klublarını çalışdırıb.