Türkiyədə hazırlığını davam etdirən "Neftçi"nin kapitanı Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi toplanışla bağlı bu sözləri deyib:
“Toplanışımız normal səviyyədə gedir. Komandamız əsasən gənc futbolçulardan ibarətdi. Hamı çalışır ki, əsas heyətdə yer alsın, əsas heyətdə olanlar isə çalışır ki, yerini qorusun. Gündə iki dəfə intensiv məşqlər olur. Məşqlərdən hiss olunur ki, ab-hava yaxşıdı. Bu da futbolçular üçün sevindirici haldı. “Neftçi” daima yüksək yerlər uğrunda mübarizə aparır. Azarkeşlər də həmişə bizdən bunu gözləyir. Çalışacağıq ki, fanatlarımızı bu il sevindirək. Onlardan 12-ci oyunçu kimi bizə dəstək olmağı xahiş edirəm. Bütün klublara hörmətlə yanaşırıq. Çalışacağıq bütün oyunlara qələbə üçün çıxaq. İnşallah, istəyirik, ilk oyunumuzda qələbə qazanaq. Azarkeşlərə sözüm budur ki, komandamız gənc və istəklidi. Əlimizdən gələni edəcəyik ki, onları sevindirək”.