“Den Haq”da oynamağa hazıram”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu Ruben Şaken deyib. “İnter”dən ayrıldıqdan sonra klubsuz qalan Şaken ölkəsinin “Den Haq” komandası ilə danışıq aparır.
Tərəflərin qarşıdakı 2 gün ərzində münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. Bununla bağlı danışan Şaken Azərbaycanda da yaxşı əlaqələrinin olduğunu qeyd edib: “Azərbaycanlılarla yaxşı əlaqəm var. Orda özümə inam qazana bilmişəm. Bu, çox gözəldi. Özümü bir futbolçu kimi, yenidən göstərmək niyyətindəyəm. Hələ ki, formadan düşməmişəm”.