"Rəvan"ın yeni məşqçilər korpusu müəyyənləşdi

"Rəvan”ın baş məşqçisi Ramil Əliyevlə yolları ayırıb.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda millimizin sabiq futbolçusu Emin Quliyevə həvalə olunub.

Artıq E.Quliyevin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.

Yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, ötən mövsüm I divizionda mübarizə aparan “Rəvan” yeni mövsümdən Premyer Liqada iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right