AFFA Premyer Liqadan düşəndən sonra onlara yardımı dayandırıb

"AFFA-nın lisenziyalaşdırma proqrammı 4 bənd üzərində qurulub. Bizdə bir kriteriya üzrə çatışmayan bəzi sənədlər vardı. Futbolçuların maaşı, sosial fond, vergilərin ödənilməsi və bu cür bir neçə boşluq yaranmışdı. Ona görə də federasiya lisenziya ala bilmədik"

Newsport.az-ın brifinqdə iştirak edən əməkdaşı xəbər verir ki, Yaşar Seyidov "Bakı"nın Premyer Liqanın lisenziyalaşdırma prosesindən kənarda qalmasının səbəblərini bu cür açıqlayıb. İcraçı direktorı qeyd edib ki, AFFA-dan onlara həmişə diqqət göstərilib.

"Əgər "Bakı" olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirə bilsək, federasiya bizə tərf öz addımını növbəti dəfə atacaq. Onlarla münasibətlərimiz normaldı. Rövnəq müəllimin özü dəfələrlə bazamıza gəlib, şəraitimizə baxıb. Əgər AFFA Premyer Liqada iştirakımıza icazə verməsə, biz birinci dəstədə mübarizə aparacağıq. Bütün komandalarımız gələn mövsümə hazırlıq görür. Keçən mövsüm 7 yaş qrupu üzrə birinci yeri tutmuşuq.

Akademiyada 300 uşaq var. İndi təsəvvür edin ki, "Bakı"nın sayəsində neçə ailənin övladı pis vərdişlərdən uzaqdı. Burda hər cür şərait var ki, uşaqlar gələcəkdə daha yaxşı futbolçu olsun. AFFA bizə ötən mövsüm akademiyanın saxlanılması üçün maddi yardım etdi. Premyer Liqadan düşəndən sonra yardım dayandırılıb. Sirr deyil ki, AFFA uşaq futbolunun inkişafı ilə bağlı bütün Premyer Liqa klublarına dəstək verir. "Bakı" "Lans" və "Atletiko" ilə əməkdaşlıq edir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right