"Bakı" futbol komandasının sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana gələcək.
Newsport.az-ın məlumatına görə, bu barədə jurnalistlərə klubun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.
Onun sözlərinə görə, serbiyalı mütəxəssis İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları arasında əlaqələndirici rolunu oynayacaq. "Bakı" nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər.
Eyni zamanda bu iki klubun dünya ulduzları Bakıya gələrək, uşaqların məşqlərini izləyəcəklər.