“Neftçi”nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlamasında Türkiyə toplanışından danışıb.
Newsport.az-ın məlumatına görə, Əliyev bu toplanışın onların xeyrinə olduğunu bildirib:
“Çempionatın başlanmasına az vaxt qalıb. Buna görə də hazırda təlim-məşq toplanışı keçməyimiz çox yaxşı oldu. Futbolçuları üç yoxlama görüşündə sınayacağımız da xeyrimizədi. Güclü rəqiblərlə oyunlar zəif yerlərimizi görmək baxımından çox əhəmiyyətlidi. Çalışacağıq ki, komandaya gətirdiyimiz sistemi təkmilləşdirək, eyni zamanda, səhvlər üzərində işləyək. Əlimizdən gələni edəcəyik ki, çempionata tam hazır vəziyyətdə çıxaq”.