İyulun 21-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Milli Mətbuatın 140 illiyi ilə əlaqədar jurnalistlərlə görüş keçirəcək.
Newsport.az-ın məlumatına görə, görüş “Su səsi” restoranında, saat 19.00-da başlayacaq. İdman jurnalistləri (hər mətbuat orqanından 1, TV-dən 2 nəfər), PFL və Futbol klublarının mətbuat xidmətinin rəhbərləri tədbirə dəvət olunur.