Bu gün Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün püşkatma mərasimi baş tutub.
Newsport.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında keçirilən mərasimdə ilk turun 5 cütü müəyyənləşib.
Püşkatmada iştirak edən 10 komanda- “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Kəpəz”, “Rəvan” və “Zirə” olub.
İlk tutda qarşılaşacaq rəqiblər:
8-9 avqust
"Qəbələ" - "Qarabağ"
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt"
"Neftçi" - "Kəpəz"
"Zirə" - AZAL
Qeyd edək ki, çempionatın tam təqvimi isə bir neçə gün sonra dəqiqləşəcək.