Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu dünən "Rudar"la matç üçün Monteneqroya yollanıb.
Newsport.az-ın məlumatına görə, hava limanında sualları cavablandıran klubun baş məşqçisi Qurban Qurbanov Bakıda qazanılan qolsuz heç-heçənin təhlükəli hesab olduğunu bildirib.
İlk matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyini deyən Qurbanov komandanın sıralarına yeni qoşulan futbolçulara 18 nəfərlik heyətdə yer verəcəyini bildirib.
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Rudar" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmayıb.