Ramin Musayev: "Lazım gəlsə klubların sayını 12-yə çatdıraram"

Bu gün Premyer Liqanın yeni mövsümün püşkatması keçirilib.
 
Newsport.az-ın məlumatına görə, püşkatmada 10 komanda iştirk edib.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu komandaların sayını 12-ə çatdırmaq ehtimalını istisna etməyib.
 
"Fors major deyilən bir şey var. Komanda özü maddi sıxıntı yaşayırsa, müraciət edir ki, çempionatdan çıxır. 9 komanda ilə çempionat keçirilsəydi, mətbuat bizi biabır edərdi. Bu səbəbdən də "Rəvan”a müraciət etdik. Onlar da çempionatda çıxışa razılıq verdilər. Lisenziya şərtlərini yerinə yetirmək üçün sentyabra kimi vaxt istədilər. "Hansı komandanın maddi vəziyyəti imkan verirsə, çempionatda oynaya bilər. Püşkatma olsa da, çempionatın startına günlər qalsa, kimsə oynamaq istəsə, mən sizə söz verirəm ki, komandaların sayını 12-yə də çatdıraram. Kənardan deməyə nə var ki? Mən həmişə sözün düzünü deyənəm. Bəli, biz ancaq "Rəvan”a müraciət etmişik. Bildim ki, onların imkanı var, oynaya bilərlər. Onlar da qəbul etdilər”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right