Qazilərimiz Türkiyə Super Liqası oyununa dəvət olundu

Türkiyənin "Alanyaspor" klubu azərbaycanlı qaziləri oyunlarına dəvət edib.

 

Newsport.az xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

 

Qazilərimiz 37-ci tur çərçivəsində "Alanyaspor"un "Qaziantep"lə keçirdiyi matça (3:0) dəvət olunub. Qarşılaşmadan əvvəl Alanya təmsilçisinin prezidenti Hasan Çavuşoğlu Vətən Müharibəsi iştirakçılarına xatirə hədiyyəsi, medal, imzalı forma və Türkiyə bayrağı hədiyyə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right