"Klubun ən yaxşı günlərində burda olmuşamsa... " - Aftandil Hacıyev

“Artıq çempionluğu təmin etmiş komandaya qarşı oynayırdıq. Onları bu çempionluq münasibətilə təbrik edirəm. Bu oyunda bizi yalnız o düşündürürdü ki, son turda “Sumqayıt”la görüşə son pillədən qurtulmaq şansımızı saxlayaq. Lakin bu da alınmadı". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Onsuz da bu heyətlə ciddi hədəflər uğrunda mübarizə apara bilməyəcəyimiz bəlli idi. Sadəcə, futbolçuların əzmi, istəyi ilə nəyəsə nail olacağımız ümidliydik. Amma təəssüf ki, bu ümidlərimiz doğrulmadı. Müasir futbolda hər xırda detal çox vacibdir. Hesab edirəm ki, növbəti mövsümdə indikindən daha yaxşı mövqelərdə olmağımız üçün heyətimiz azı 80 faiz dəyişməli, güclənməlidir"- deyə o bildirib.
 
A.Hacıyev daha sonra vurğulayıb: "Mövsümün sonuna kimi növbəti mövsüm barədə düşünməməyə çalışırdıq. Lakin bu gün “Sumqayıt”ın bir xal qazanması ilə son matçımızın demək olar ki, bir əhəmiyyəti qalmadı. Buna görə də bütün fikrimzi növbəti mövsümə yönəldə bilərik". 

Baş məşqçi heyətdəki oyunçulardan kimlərin qalacağı, kimlərin gedəcəyi barədə məşqçilər heyəti, rəhbərliklə birgə müzakirələrdən sonra qərar veriləcəyini söyləyib: "Yaxşılığa doğru dəyişiklər gözlənilir. Təbii ki, edəcəyimiz transferlərdən çox şey asılıdır. Çalışacağıq ki, keyfiyyətli futbolçular alaq, daha mübariz kollektiv formalaşdıraq. Rəhbərliklə söhbətimizdə də bu amilin rolu az olmadı. Həm də uzun müddətdir bu klubda çalışıram. Bütün bunlar yeni müqavilə bağlamağımda müəyyən rol oynadı. Digər tərəfdən klubun ən yaxşı günlərində burda olmuşamsa, ən çətin anlarında da atıb gedə bilməzdim. Təbii ki, bu mövsümdə olduğu şərtlər irəli sürülsəydi, bəlkə fikirləşərdim. Amma büdcənin ən azı indikindən daha yaxşı olacağına dair vədlər verildi. Bu, tək bizə aid deyil. Digər klublar da daha güclü olmağa çalışacaqlar. Ona görə növbəti mövsümdə daha maraqlı çempionat izləyəcəyimizi düşünürəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right