"Dünən mənə bu xəbəri göstərdilər, gülümsədim" - Aleksey Baqa

"Nəzərə almaq lazımdır ki, iki gün əvvəl "Qarabağ"la matçda ağır məğlubiyyət aldıq. Komanda həm fiziki, həm psixoloji cəhətdən düşmüşdü. Bu oyundan sonra bugünkü nəticə haqda ancaq xoş sözlər demək olar".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 27-ci turunda "Sabah"la heç-heçə etdikləri oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibimiz avrokuboklar uğrunda mübarizə aparırdı. "Qarabağ"a məğlubiyyətdən sonra özümüzü toparlaya bildik. Komandam xoş sözlərə layiqdir. Turnir cədvəlindəki yerimiz bəllidir. Buna baxıb, nəsə demək düzgün olmaz" - deyə o bildirib.

Mütəxəssis yeni mövsümlə bağlı müzakirələrin olub-olmadığı ilə bağlı söyləyib: "Kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı danışmaq lazım deyil. İnkişafla bağlı planlarımız var. Bu, toplanışlar və yeni transflerlərlə bağlıdır. Biz bütün oyunlara baxmalı, təhlillər etməliyik. Komandada bəzi müsbət dəyişikliklər var.

A.Baqa Höccət və Vurğun tandeminin özünü doğrultması ilə əlaqədar deyib: "Müsbət dinamika var. "Şamaxı" ilə oyunda 3 xal qazanmışdıq. Bu dəfə də yaxşı nəticə oldu".

Baş məşqçi  komandadan ayrılmaq istədiyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Dünən mənə bu xəbəri göstərdilər, gülümsədim. Orada yazmışdılar ki, 38 yaşlı mütəxəssis, amma mənim 41 yaşım var. Bu faktı görəndən sonra məlumatın necə yazıldığını başa düşdüm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right