Azərbaycan Premyer Liqasının püşkü atılır YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının püşkü atılacaq. 
 
Newsport.az-ın məlumatına görə, püşkatmaya 10 komanda qatılacaq. 
 
Bunlardan 7-si - "Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran" və "Sumqayıt" ötən mövsüm də yüksək liqada çıxış edib, "Zirə" və "Kəpəz" isə I diviziondan elitaya çıxıb. 10-cu komandaya gəldikdə, maddi problemlər üzündən Premyer Liqada iştirak edə bilməyəcək "Simurq"u yüksək liqa təcrübəsinə malik "Rəvan"ın təmsil edəcəyi gözlənilir. 
 
"Kəpəz", "Xəzər Lənkəran", "Qəbələ və "Sumqayıt" istisna olmaqla, qalan komandalar ev oyunlarını Bakı və Bakıətrafı qəsəbələrdə keçirəcəklər. 
 
Mərasim saat 11:00-da başlanacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right