“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir.
Newsport.az-ın məlumatına görə, komanda hazırlığın 2-ci günündə öncəki gündən fərqli məşq keçib. İlk məşqdən öncə baş məşqçi Adil Şükürov futbolçuları Ramazan bayramı münasibəti ilə təbrik edib. Bundan sonra açıq havada isinmə hərəkətləri edən “qartallar” ardından fitnes zalına keçiblər. Futbolçular ümumi güc üzərində çalışıblar. İkinci məşq stadionda baş tutub. Gərgin fiziki məşqin ardından futbolçular toplu çalışmalarla kifayətləniblər.












