Raydell Pupon: "Belə suallardan xoşum gəlmir" MÜSAHİBƏ

Uzun müddətdi hücumçu axtarışına çıxan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov nəhayət seçimini hollandiyalı Raydell Pupondan yana etdi. Bakıya dəvət olunan hücumçu ilə artıq 2 illik müqavilə imzalanıb, onun adı UEFA-ya göndərilən iştirak ərizəsinə daxil edilib. Bu qısa müddət ərzində Pupon da boş qalmadı. O, Çempionlar Liqasının ikinci təsnifat mərhələsini çərçivəsində "Rudar"la keçirilən ilk oyunu izlədi, "Qarabağ"a tribunadan dəstək verdi.

Onun yeni transfer olduğunu düşünərək, Raydellə bir neçə sual ünvanlamağı qərara aldıq. Maraqlıdı ki, o, "Qarabağ" haqqında əvvələr də məlumatlı olub. Ona bu məlumatları ötürən isə Pupon dostu imiş. Görəsən, onun dost kimdi? Müsahibə verən ağdamlıların yeni transferi bu sualın cavabını da deyib: 

- Bakı sizin üçün yad şəhər, "Qarabağ” isə yeni komandadı. Nə fikirləşirsiz?
- Nə fikirləşirəm? Bu suala cavab tapmaq üçün mənə iki həftə vaxt lazımdı. Bir az şəhəri gəzib tanımalıyam. İki dəfə "Qarabağ” forması ilə meydana çıxmalıyam. Özümün qalacağı kiçik bir evim olsun. Bütün bunlar haqqında məndə yaxşı fikir formalaşmalıdı. 

- "Qarabağ”dan təklif gələndə nə düşündüz? Əvvələr bu komanda haqqında məlumatınız var idi?
- Əlbəttə məlumatım var idi. Mənim dostum bu komandada çıxış edib. 

- Dostunuz kimdi ki?
- Leroy Corc...

- Leroyla neçə müddətdi tanışsız?
- Onu 12 yaşımdan tanıyıram. Əvəllər bir yerdə idik, birgə oynamışıq. Sonra o, "Qarabağ”a transfer olundu. İndi də komandadan ayrılıb. Buna görə də, yeni komandam haqqında məlumat əldə edə bilmişəm. 

- "Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Rudar”a qarşı keçirdiyi oyunu izlədiz. Qarşılşama ilə bağlı nə deyə bilərsiz?
- Bəli, qarşılaşmanı izlədim. Oyuna hakim olan tərəf "Qarabağ” idi. Fikrimcə, qol vurmağa, qalib gəlməyə məcbur idilər. Biz qələbəyə layiq idik. 
 
- Siz necə, oynamağa özünü hazır hiss edirsiz? 
- Şans veriləcəyi halda bundan yararlanmağa çalışacam. Bəli, oynamağa hazıram.  
 
- Azarkeşlər necə, sizi təəccübləndirə bildi?
- Əlbəttə. Tribunaları dolu görmək olduqca xoşdu. "Rudar”la oyunda dəstək verən azarkeşlər xoş sözlərə layiqdi. Onları çox bəyəndim. 
 
- Çoxları sizin artıq çəkinizin olduğunu düşünür. Bu fikirlərlə razısız? 
- Sağlam adamam. Bu, mənimlə klub arasında olan bir şeydi. Bu cür suallardan xoşum gəlmir. Pozitiv düşünürəm. "Qarabağ”a faydalı olmaq istəyirəm. (Sport7.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right