Aftandil Hacıyev: "Sabah" əks-hücumlarda çox təhlükəli idi"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 26-cı turu çərçivəsində "Sabah"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Hacıyev "Sabah"a 0:2 hesablı məğlubiyyətini bu cür şərh edib:

"Kadr problemlərinə görə rotasiyalar etmək çətindi. Futbolçularım maksimumu etdilər, amma alınmadı. Problemlərə baxmayaraq mövsümü layiqli şəkildə başa vurmaq istəyirik. Oyuna yaxşı başlasaydıq hər şey müsbət sona çata bilərdi. "Sabah" əks-hücumlarda çox təhlükəli idi. Maksimum dərəcədə diqqətli olmalıydıq. İlk yarıda iki qol buraxdığımıza görə fasilədən sonra risk etməliydik. Matçın sonlarında Nikolas Raysel qol epizodundan yararlana bilsəydi, bəlkə də bərabərə də qalardıq. Rəqibin heyətində hücum mövqeyində güclü futbolçular çıxış edir. Onlar fərdi olaraq da təhlükəlidilər. Bu da həlledici məqamdı".

Paytaxt klubunun baş məşqçisi ötən tur "Şamaxı" ilə matçda zədələnərək oyunu vaxtından əvvəl tərk edən Rəşad Əzizli barədə isə bunları deyib: "Rəşad tezliklə qayıtmalıdı. İki gündən sonra fərdi məşqlərə başlayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right