Türkiyədə təlim məşq toplanışında olan “Xəzər Lənkəran”ın növbəti sparinq rəqibinə aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Yunis Hüseynov komandasını “Antalya Kundu Spor”la oyunda sınayacaq. Matç bu gün, Bakı vaxtı ilə saat 20:00-da klubun yerləşdiyi otelin stadionunda oynanılacaq.
Bu, Yunis Hüseynovun yetirmələrinin Türkiyədə keçirəcəyi 3-cü hazırlıq qarşılaşması olacaq.
İlk iki oyunda “Xəzər Lənkəran” “Niğdespor”a qalib gəlib (1:0), Super Liqa təmsilçisi “Kasımpaşa”ya isə məğlub olub (0:2).