Eks "Milan"lı futbolçu "Xəzər Lənkəran"da

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplantısında olan "Xəzər Lənkəran”ın gözlədiyi seneqal əsilli fransız futbolçu Limam Seydi gəlib.

Newsport.az-ın məlumatına görə, cənub klubunun transfer etmək istədiyi hücumçu komandanın növbəti məşqlərində iştirak edəcək. Onunla bağlı yekun qərarı isə məşqmilər korpusu verəcək.

Qeyd edək ki, forvardın son klubu Macarıstanın "Nyirelhaza” komandası olub. O, "Milan"ın 19 yaşılardan ibarət komandasında da forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right