Rüfət Abbasov: "Neftçi"nin yetirməsi olmaq mənə qürur verir"

"Bu klubun yetirməsi olmaq mənə həm əlavə motivasiya, həm də qürur hissi verir".

Newsport.az-in məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rüfət Abbasov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXV tur oyununda əsas komandadakı debütü ilə bağlı danışarkən deyib.

17 yaşlı müdafiəçi bildirib ki, “Neftçi”nin formasını geyinmək uşaqlıq arzusu olub: "Bu günə qismət imiş. 17 yaşında “Neftçi” kimi köklü klubda, Azərbaycanın flaqmanında forma geyinmək mənim üçün fəxrdir. Olduqca qürürverici hissdir".

Abbasov ilk rəsmi matçında həyəcanlı olduğunu etiraf edib: "İlk rəsmi oyunum olduğu üçün, əlbəttə, həyəcan var idi. Əlimdən gələnin ən yaxşısını edib məşqçilərimin etimadını doğrultmağa çalışdım. Öz üzərimdə daha çox işləməliyəm. Bu formanı geyinməyin haqqını vermək üçün maksimum səylə öz üzərimdə çalışacağam".

Oyunçu XXVI turda "Qəbələ" ilə səfər matçına hazırlıqlarının yüksək səviyyədə davam etdiyini söyləyib: "Məşqçilərimiz bizi oyuna hazırlaşdırır. Məqsədimiz odur ki, Qəbələ səfərindən qələbə ilə qayıdaq. Azarkeşlərə bizə verdikləri möhtəşəm dəstəyə görə minnətdarlığımı bildirirəm. Həmişə onların yanımızda olması bizə əlavə güc, əlavə stimul verir. Bir sözlə, onlar həmişəki kimi möhtəşəm idilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right