Yaşar Vahabzadə: "Kəpəz"in Premyer Liqaya qayıtması, gəncəli azarkeşlərin çoxdanki arzusu idi"

AFFA-nın qərarı ilə yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq komandaların sayı 10-a yüksəldildi. 

Newsport.az xəbər verir ki, yüksək liqaya çıxan komandalardan biri "Turan Tovuz", digəri isə "Kəpəz" oldu.

Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadə Premyer Liqaya yüksəlmələrinin rəsmiləşməsilə bağlı saytımıza açıqlama verib. 

O, yeni mövsümdən yüksək liqada mübariz komanda formalaşdırmaq istədiklərini söyləyib:

"Bir az olar ki, Gəncəyə gəlmişik. Təbii ki, qərarlardan xəbərimiz var. Necə hisslərdi? Ancaq xoş hisslər ola bilər. "Kəpəz"in Premyer Liqaya qayıtması, gəncəli azarkeşlərin çoxdanki arzusu idi. Onların adına da sevinirəm. Qarşımızda duran məsələ yeni mövsüm üçün komanda formalaşdırmaqdı. Yüksək liqada çıxış edəcəyik və buna görə də komandamız güclənməlidi".

Vahabzadə, yeni mövsüm üçün komandaya legioner futbolçuların cəlb olunub-olunmayacağı ilə bağlı məsələ barədə isə bu cür danışıb:"Fikrimiz budur ki, komandada yerlilər, gənclər oynasın. Daha çox bu cür futbolçulara şans vermək istəyirik. Hər halda rəhbərliklə görüşümüz olacaq, danışacağıq. Doğrudu, ola bilər ki, komandaya 1-2 legioner cəlb edilsin. Amma çoxluq yerli gənclər olacaq. Yeni mövsüm üçün mübariz komanda formalaşdırmaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right