Faiq Şadlı "Canbala"nın problemlerindən danışdı

Bir çox valideynər qədrimizi bilmir

-Faiq müəllim son zamanlar mətbuatda görsənmirsiniz...

-Xeyr, sözün düzü müraciət olunanda müsahibə verirəm. O ki qaldı televizya efirlərinə bəli Avqust ayından sonra efirlərdə dayanmadan olacaq bizim körpə futbol klubumuz.

-Deyirlər ki, klubda o qədər yerlər dolub ki, kluba təzə uşaq qəbul etmirsiniz və bəzi uşaq baxçaları kimi öncədən kimsə hörmət edəndə qəbul edirsiniz.

- (Ucadan gülür) Bu aşırı dərəcədə şayədir. İfrat dərəcədə böhtandır. Bunu yoxlamaq üçün bir nəfər vailideyn qismində göndərə bilərsiniz, araşdırma üçün.

-Son zamanlar sanki, Canbala uşaq futbol klubunun reklamları sönüb. Əvvəllər Şamaxıya gəzinti, möhtəşəm Novruz bayramı və digər tədbirləriniz olurdu...

-Bu ildə olacaq. Amma bu dəfə valideynlərə daha çox maddi güc düşməsin deyinə restoranda yox tədbirlərimizi öz idman zalımızda qeyd edəcəyik. Amma bir çox valideynlər qədrimizi bilmir.

- Nə etməlidirlər ki...

- Bizdə özəl futbol klubudur. Hansı ki, Körpə futbol klubudur. Bunlar təbii ki, bir neçə ildən sonra hansısa uşaq futbol klublarına gedəndə hamıdan fəal olacaqlar və gələcəkdə yuz minlərlə premiya alanda əllbətdə ki, bizi gəlib görməyəcəklər. Biz klub olaraq hamımız daimi olaraq müəyyən məbləğdə pul yığıb tədbirlər etmişik və edəcəyikdə. Kim istəmirsə klubdan gedə bilər.

- Bu çox sərt qərar deyilmi...

-İnanın ki, gedənlər olub və getdiyi hansısa klub həmin valideynləri qəbul etməyib. Valideynlər var ki, təkrarən geri qayıdıb və mən qəbul etməmişəm. İnsanlar çoxu belədir unutqandır. Amma mən nə edirəmsə onların balaları üçün edirəm. Əsas pul deyil... Əsas xatirədir. O ki qaldı pula inşAllah onların balaları gələcəkdə futboldan bu pulları ətək-ətək qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right