Gələn mövsümdən Azərbaycan birinci divizionunda mübarizə aparacaq "Araz Naxçıvan" hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışındadı.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Türkiyədə toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib. İlk matçda "Yakutyaspor"u 3:1 hesabı ilə məğlub edən naxçıvanlılar bu gün Ərzurumun yığma komandası ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə sona çatıb.
Hazırda "Araz Naxçıvan" Region Liqasının final mərhələsində yer alıb. Klub mayın 6-da Türkiyədəki toplanışını başa vuraraq ölkəyə qayıdacaq.










