“Neftçi” “Zirə” ilə oyuna hazırlığı yekunlaşdırdı

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub. Newsport.az xəbər verir ki, flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb.
 
Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
 
Aprelin 29-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” görüşünə saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun qolsuz bitib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right