"Zirə"dən növbəti transfer

“Zirə” növbəti transferini gerçəkləşdirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi "Neftçi"də oynayan Nicat Qurbanovu heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

N.Qurbanov yaxın günlərdə komandanın Türkiyə toplanışına qatılacaq.  

Qeyd edək ki, ötən mövsüm icarə əsasında AZAL-da çıхış edən Nicat bu yay "Neftçi"yə dönmüşdü. O, Avropa Liqasındakı iki oyunda ilk 18-likdə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right