AZAL növbəti yoldaşlıq oyunu keçirib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb. "AZAL Arena”da baş tutan görüşdə Tərlan Əhmədovun komandası 3:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində Elmin Çobanov, Ruslan Nəsirli və Rüfət Musayev fərqlənib.
Qeyd edək ki, AZAL bundan əvvəlki yoxlama matçında "Sumqayıt"la bərabərə qalıb - 2:2.