"İnter" bolqar futbolçunu geri qaytarır

“İnter” bolqarıstanlı futbolçusu Petar Zlatinovu geri qaytarır.

Newsport.az-ın məlumatına görə, bu barədə bolqar futbolçunun özü yerli mətbuata açıqlamasında bildirib. Zlatinov deyib ki, yaxın günlərdə Bakıya gələrək “İnter” rəhbərliyi ilə danışıq aparacaq və böyük ehtimalla komandaya keçəcək.

 2008-2013-cü illərdə “İnter”də çıxış edən Zlatinov Bakı klubundan ölkəsinin “Liteks” klubuna, daha sonra isə “Çerno More”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right