Avropa Liqasının I təsnifat mərhələsinin ilk turunda Monteneqronun “Mladost” klubunu keçə bilməyən “Neftçi”də əsas müzakitə mövzusu baş məşqçi Samir Əliyevlə bağlıdır.
Newsport.az-ın məlumatına görə, açıqlamasında Samir bu məsələyə aydınlıq gətirdi:
“Rəhbərliklə bu məsələ barədə görüşümüz olub. Belə qərara gəlinib ki, qarşıdakı mövsümdə komandanın “sükanı arxası”nda olum. Mənə göstərilən bu etimadı doğrultmağa, “Neftçi”ni layiq olduğu yerlərə daşımağa çalışacam”.
Yeri gəlmişkən, “Neftçi” hazırlıq keçmək üçün Türkiyəyə yollanır. Bakı klubu iyulun 19-na qədər gündə bir dəfə olmaqla, məşqlərini Bakıda keçəcək. Daha sonra isə komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
“Neftçi” orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
“Neftçi”nin Türkiyə toplanışının nə vaxta qədər çəkəcəyi isə hələlik bəlli deyil. Bu isə Premyer Liqanın ilk turunun oyununun nə zamana təsadüf edəcəyindən aslıdır.