"Samir Əliyev ikinci Qurban Qurbanov ola bilər"-Sadıq Sadıqov

"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov klubun baş məşqçisi Samir Əliyevin komandadakı gələcək taleyinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, Əliyevin vəzifəsində qalmalı olduğunu söyləyən Sadıqov onun ikinci Qurban Qurbanov olacağını inandığını deyib:

"Samir Əliyev gənc mütəxəssisdir. Onu dəstəkləmək lazımdır. O, komandanı toparlaya bilər. Samir Əliyevin ikinci Qurban Qurbanov olacağına inanıram". 

Azerisport.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right