Rövnəq Abdullayev: "Bakı" birinci divizionda oynayacaq"

"Bakı”nın yeni mövsümdən Premyer Liqaya qayıtmasından söhbət gedə bilməz”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə deyib.

“Bakı”nın yeni mövsümdən yenidən Premyer Liqada çıxış etməsinin mümkünlüyü haqda suala cavabında AFFA prezidenti deyib: “Komanda birinci divizionda oynayacaq. Çünki son mövsümü axırıncı yerdə bitirib. Amma təbii ki, birinci divizionun qalibi olacağı halda yenidən elitada çıxış edə bilər. "İnter"lə "Simurq"a gəlincə, onlar Premyer Liqada çıxışlarını davam etdirəcəklər".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right