"Xəzər Lənkəran" "Kasımpaşa"ya uduzdu YENİLƏNİB

Türkiyədə təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" bu gün ikinci yoxlama oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, Yunis Hüseynovun yetirmələri Türkiyənin “Kasımpaşa” klubu ilə üz-üzə gələcək. Daha əvvəl aşağı dəstə klubu “Niğdespor”a minimal hesabla (1:0) qalib gələn Cənub komandası Superliqa təmsilçisinə də gücünü göstərməyə çalışacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Yoxlama oyunu

14 iyul

19:30. "Kasımpaşa" (Türkiyə) – "Xəzər Lənkəran" (Azərbaycan) - 2:0
Qollar: Malki Büyüksal, 42 (1:0), 44 (2:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right