Prosineçki köməkçisini Serbiyaya yollayır

Azərbaycan milli komandasının məşqçisi Draqan Spaşiç Serbiyaya gedəcək.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, yığmamızın baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Çukariçki" - "Qəbələ" qarşılaşmasını izləyəcək.

Bu matç iyulun 16-da keçiriləcək . Görüş Serbiyanın Çukaritsa şəhərindəki “Çukariçki” stadionda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right