"Zirə" milli komandamıza 2 qolla qalib gəldi

Bakıda yeni mövsümün hazırlıqlarını davam etdirən “Zirə” klubu dünən ilk yoxlama oyununu keçirdib.

Newsport.az-ın məlumatına görə, “Zirə” Nazim Süleymanovun başçılıq etdiyi U-19 millimizlə üz-üzə gəlib. Oyun 2:0 hesabıyla Premyer Liqanın debütantının xeyrinə başa çatıb.

“Zirə”dən qolları Rəşad Abdullayevlı Sadiq Quliyev vurub. Hər iki qol birinci hissəyə təsadüf edib.

“Zirə”nin baş məşqçisi Adil Şükürov ilk yarıda təcrübəli futbolçuları, ikinci hissədə isə komandada yer alan gəncləri meydana buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right