Türkiyədə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” klubunun yeni transferi – hücumçu Vüqar Nadriov məşq presesini dəyərləndirib.
Newsport.az saytına açıqlamasınd Vüqar bunları söyləyib: “Şükür Allaha, komandada hər şey öz qaydasında davam edir. Gündə iki dəfə məşq edirik. Səfər fiziki məşq keçilir, axşam isə toplu çalışmalar üzərində işlənilir.
Komandada çox yaxşı kollektiv formalaşıb. Heyətdə olan cavanlar da böyük-kiçik yeri bilirlər. İlk yoxlama oyunumuzda isə qələbə qazanmaq yox, komandanın necə oynaması önəmli idi. Bu futbolçular bir yerə yeni yığışıblar. Anlaşım məsələsi tam həll olduqdan sonra komandamz yaxşı oyun göstərəcək. İnşAllah “Xəzər Lənkəran” bu mövsüm iddialı olacaq və layiq olduğu yüksək yerlər uğrunda mübarizə aparacaq”.