"Zirə" yığmamızla qarşılaşacaq

Təlim-məşq toplanışını davam etdirən "Zirə" klubu bu gün ilk yoxlama matçına çıxacaq. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşacaq. 

Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi "Bayıl Arena"da deyil, "Dalğa Arena"da keçiriləcək. 

Qeyd edək ki, "Zirə"nin millimizlə oyunu saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right