Hollandiyalı ulduz "Qarabağ"a neçəyə başa gəlib?

"Qarabağ" ötən mövsüm Fransa Liqa-2 təmsilçisi "Valansyen"də legioner həyatı yaşayan Raydell Puponun yolunu gözləyir. Avqustun 28-də 28 yaşını qeyd edəcək hollandiyalı gələn həftənin əvvəlində ölkəmizə təşrif buyuracaq. 

Newsport.az-ın məlumatına görə, ağdamlılar bu keçidi həll etməkdən ötrü 250 min avro tərləyib. Pupon Azərbaycanda daha çox qazanqa bilər. Bunun üçün "Qarabağ" Çempionlar Liqasının, yaxud Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmalı, növbəti dəfə ölkə çempionu olmalı, ölkə kubokunu qazanmalıdı. Hollandın hər oyunda neçə dəqiqə meydanda olması və neçə qol vurması da bura daxildi.(Sportinfo.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right