"İnter" hazırlıqlara başladı FOTOLAR

Avropa Liqasının II təsnifat mərhələsində "Hafnarfyordur"la qarşılaşacaq "İnter" bu oyunun hazırlıqlarına start verib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən gün "İnter "Arena"da məşqə çıxıb.

İsinmə hərəkətlərindən sonra futbolçular topla çalışmalar üzərində işləyiblər.

Qeyd edək ki, "İnter"in "Hafnarfyordur"la ilk oyunu iyulun 16-da İslandiyada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.  




































 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right