UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, I təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.
Azərbaycanın reytinqdəkimövqeyində irəliləyiş olub. Birinci təsnifat mərhələsinin cavab oyununda heç-heçə edən "İnter" və "Neftçi" hərəyə 0,125, "Qəbələ" isə qalib gəlməklə reytinqimizə 0,250 xal qazandırıb.
Bununla da,son 5 mövsümün nəticəsinə əsasən xalını 11,250-yə yüksəldən Azərbaycan reytinq siyahısında 1 pillə irəliləyərək 28-ci yerdə qərarlaşıb. Bu nəticə iləAzərbaycan Serbiyanı 0,125 xal qabaqlamağı bacarıb.
Siyahıya 84,070 xalla İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.