"Xəzər Lənkəran" qalib gəldi

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, komanda Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Lənkəran təmsilçisi növbəti yoxlama matçını superliqa təmsilçisi “Kasımpaşa”ya qarşı keçirəcək. Oyuna iyulun 14-ü Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Xatırladaq ki, "Xəzər Lənkəran" ilk yoxlama görüşündə Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə qarşılaşmalı idi. Lakin Kayseri təmsilçisinin heyətində bir sıra futbolçunun zədələnməsi səbəbindən bu görüş baş tutmayıb.

11 iyul

Yoxlama oyunu

19:30. "Xəzər Lənkəran" (Azərbaycan) - "Niğdespor" (Türkiyə) - 
1:0 
Qol: 
Rəşad Eyyubov, 34 (1:0)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right