"Qarabağ" UEFA reytinqində ən yaxşı klubumuzdur

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yeni reytinq cədvəlində yeddi klubla təmsil olunur.

Ən yüksək reytinqə malik komandamız son illərdə olduğu kimi, bu dəfə də "Qarabağ"dır. Ağdam təmsilçisi 10.750 xalla 135-ci pillədə qərarlaşıb.

Digər klublarımızın mövqeyi isə belədir: "Neftçi" - 159-cu pillə (9,000 bal), "İnter" - 272 (4,250), "Xəzər Lənkəran" - 291 (3,750), "Qəbələ" - 335 (3,000), "Bakı" və AZAL - 356 (2,500).

Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 balla 28-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right