"Qarabağ" və "Keşlə"dən qələbə Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. "Səbail" doğma meydanda "Keşlə" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Günün digər görüşündə isə "Qarabağ" "Sabah"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

12 mart (şənbə)

16:45.“Səbail” – “Keşlə” 0-2

QollarPərviz Azadov, 17, Rəhman Hacıyev, 21, Turan Vəlizadə, 90
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
“ASCO Arena”

19:00.“Sabah” – “Qarabağ” 0-1

Qol: Abdullah Zubir, 30
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
“Bank Respublika Arena”

13 mart (bazar)

16:00.“Qəbələ” – “Zirə” 
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Qəbələ şəhər stadionu

18:15.“Neftçi” – “Sumqayıt”
Hakimlər
: Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right