Murad Musayev: "Bizim üçün önəmli qələbə idi"

"Bizim üçün çox önəmli qələbə idi. Axırıncı oyunlarda yaxşı futbol sərgiləyirdik, sadəcə nəticə yox idi. Son dəqiqələrdə qələbə qazanmaq həm xal, həm də mental baxımdan bizim üçün önəmli idi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev deyib. Masazır klubu Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Matçdan sonra "Sabah"ın çalışdırıcısı Murad Musayev jurnalistlərin suallarını cavablandırıb

- Elvin Camalovun durumu nə yerdədi?
- Qaşı açılıb, beyin silkələnməsi var. Tibbi baxış lazımdı ki, onun hansı müddətə bizimlə olmayacağını dəqiqləşdirək. 

- Zurab Oçiqava milliyətcə gürcü olsa da, Ukrayna vətəndaşıdı. Onun psixoloji durumu nə yerdədi? 
- Bundan əvvəlki oyunu buraxmışdı. Çünki konsentrasiya olması çətin idi. Qohumları ilə danışıb, vəziyyəti yaxşıdı. Komanda üçün çox vacib qol vurdu. 

- “Keşlə” üçün bu stadionda son oyun idi və qalib gələn tərəf siz oldunuz. Bu, sizin üçün önəm idi?
- Bizim üçün elə də önəmli deyildi. Özümüz haqda düşünürdük. Bizim üçün önəmli olan qələbə qazanmaq idi. “Keşlə” Şamaxıya köçür, onları bu münasibətlə təbrik edirəm. Amma biz bu haqda düşünmürdük. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right