Zirə ispaniyalı futbolçu ilə müqavilə bağladı

Premyer Liqaya hazırlığı davam etdirən “Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı Luiz Alberto Dies Okerin karyerasını bu klubda davam etdirəcək.

“Tato” ləqəbli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 1992-ci il iyulun 9-da Santanderdə dünyaya gələn Luiz Alberto məhz doğum günündə “qartal” oldu. Tato bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atıb.

Luiz Alberto Diez Okerin futbolda ilk addımlarını elə Santanderi təmsil edən “Rasinq”də atıb. 2009-cu ildə klubun “B” komandasına cəlb olunan pleymeyker 2 il sonra əsas komandada da çıxış edib. 2013-cü ildə “Rasinq”dən “Sestao”ya keçən Tato bir il sonra Xixon təmsilçisi “Sportinq”lə müqavilə bağlayıb. O, ötən mövsüm “Sportinq”in heyətində Sequndanın B seriyasında 29 oyunda meydana çıxıb və 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right