Bakı şəhərində təlim-məşq toplanışında olan AZAL ötən gün növbəti yoxlama matçını keçirib.
Newsport.az-ın məlumatına görə, komanda “AZAL Arena”da "Sumqayıt"la qarşılaşıb. Matç paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL-ın heyətində Təmkin Xəlilza fərqlənib.
İlk sınağında 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la 2:2 bərabərə qalan AZAL ikinci matçında da “Sumqayıt”la heç-heçə edib - 0:0.