Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Sabah" doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Masazır təmsilçisi gərgin keçən görüşdə məğlub olub. Günün digər matçı isə Sumqayıtda oynanılıb. Yerli komanda "Qəbələ"ni qəbul edib. Matç Elmar Baxşıyevin komandasının böyükhesablı qələbəsilə başa çatıb.
27 fevral (bazar)
17:00. “Sabah” – “Neftçi” - 0:1
Qol: Sezar Meza Kolli, 50
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”
19:15. “Sumqayıt” – “Qəbələ” 0-4
Qollar: Rafael Utziq 2, Ruan Renato 39, Rövlan Muradov 41, Murad Musayev 67
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
“Kapital Bank Arena”
28 fevral (bazar ertəsi)
17:00. “Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”
19:15. “Keşlə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
“ASK Arena”