“Qəbələ”nin beş futbolçusu hazırlıqdan kənarda qalıb

“Qəbələ”nin beş futbolçusu hazırlıqda iştirak etmir. Newsport.az xəbər verir ki, bərpa dövrünü başa vurduqdan sonra topla hazırlıq keçən Rüfət Əhmədov komanda ilə müəyyən məşqlərə qatılır. 
 
Zədədən sonra bərpa dövrü keçən Ürfan Abbasov və Yaovi Akakpo fərdi hazırlıqla kifayətlənir.
 
Türkiyənin İstanbul şəhərində əməliyyat olunduqdan sonra ölkəmizə dönən Gülağa Əsədov müalicəsini davam etdirir. Mikrozədədən əziyyət çəkən Asif Məmmədovun durumuna sabah baş tutacaq müayinədən sonra tam aydınlıq gəlməlidir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right