Azərbaycan Premyer Liqasında 40 aydan sonra yenilik baş verib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda yenilik baş verib.

Newsport.az-ın məlumatına görə, bu, baş tutan bütün matçlarda meydan sahiblərinin qalib gəldiyi ilk turdur.

Ölkə çempionatında sonuncu belə hadisə 2018-ci ilin oktyabrında yaşanıb. 2018/19 mövsümünün VII turunda qonaqlar xal qazanmayıb. 3 il 4 ay, yəni 40 ay öncə də indiki kimi bir matç təxirə salınıb, digər üç qarşılaşmada meydan sahibləri qələbə əldə edib.

Qeyd edək ki, XVI turda “Qəbələ” “Səbail”i, “Zirə” “Sabah”ı eyni – 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Turun təxirə salınan “Qarabağ” “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right