Bakıda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, millimiz “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşacaq.
Saat 17:00-da başlayacaq oyunu idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Baş hakim: Emin Əliyev.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Şirmamed Mamedov.
Dördüncü hakim: Kamran Əliyev.