"Kollektivdəki əhval-ruhiyyə normaldı. Təbii ki, həm “Zirə”, həm də “Sabah” üçün vacib oyundu. Futbol camiəsində də maraqla gözlənilən oyundu. Çalışacağıq ki, sonda istədiyimiz nəticəni əldə edək”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
“Cbc Sport”a açıqlama verən gənc mütəxəssis komandasının Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə üz-üzə gələcəklərinə də münasibət bildirərək, rəqibin favorit olduğunu deyib:
“Heç kim “Neftçi” və “Qarabağ”la qarşılaşmaq istəməz. Xüsusilə də kubok oyunlarında. Aydın məsələ idi ki, yarımfinalda “Neftçi” və ya “Qarabağ”la qarşılaşa bilərik. Məşqçiliyə başladıqdan sonra “Qarabağ” və “Neftçi”yə qarşı oyunlar xoş olur. Ki, bu cür rəqiblərə qarşı hazırlaşırıq, oynayırıq”.
Komandanın baş məşqçisi yeni transferlər barədə isə bu cür danışıb: “Hansısa futbolçu 30 handəqiqə oynayır, hansısa 60 və 90 dəqiqə. Kimisə ayırmaq istəmirəm. Bütün futbolçuların çııxşından razıyam. Amma deyə bilmərəm ki, bütün futbolçular optimal formadadı. Bunun olması da qeyri-mümkündü. Çünki sezonun ikinci yarısı yeni başlayıb. Hansısa futbolçu qış toplanışına gec qatıldı, hansısa xəstələnmişdi. Bundan sonrakı dönəmdə çalışacağıq ki, bütün futbolçularımız maksimum formada olsun”.